Daha bir dünya çempionatı 2022-ci ilə təxirə salındı

4-05-2020, 12:49
Oxunub: 101
Yarış 13 - 29 mayda baş tutacaq.


Yaponiyanın Fukuako şəhərində 2021-ci ildə keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb. 

"Report" Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mundial 2022-ci ildə olacaq. 

Yarış 13 - 29 mayda baş tutacaq. 

Dünya çempionatının vaxtının dəyişdirilməsi Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır. 

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti