İtaliyada koronavirusdan ölənlərin sayı 27 mini, yoluxma isə 200 mini ötdü

28-04-2020, 20:18
Oxunub: 90
Ölkədə pandemiya qurbanlarının sayı 27 359 nəfərə çatıb


İtaliyada son bir gün ərzində daha 382 nəfər koronavirusdan ölüb.

Report xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 27 359 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 2 091 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 201 505-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 68 941 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti