"Həmin əsgər orqanları satılmaq üçün öldürülüb"

11-01-2013, 17:00
Oxunub: 7389


 

Əsgər ölümləri bağlı gündəmdə qaldırılan iddialarla bağlı olaraq oxucularımıza Milli Fikir Mərkəzinin bir ay bundan əvvəlki seminarından hazırlanan xəbəri təkrar olaraq təqdim edirik:

 

Dekabr ayının 16-ı saat 14:00-da Milli Fikir Mərkəzi, əsgər ölümlərini daha dərindən araşdıran, müstəqil jurnalist Zümrüd Məmmədovanın məruzəçiliyilə seminar keçirib.


Bu barədə Etatist.com-a Milli Fikir Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.


Zümrüd Məmmədova hal-hazırda bir əsgər ölümünü araşdırdığını və o əsgərin orqanlarının satıldığını iddia edib. "Sabah o əsgərlərin yerində bizim də yaxınlarımız ola bilər. Ona görə də hamımız hərbi hissələrdəki qanun pozuntularını və özbaşınalığı aradan qaldırılması üçün çalışmalıyıq." Z. Məmmədova belə bildirib.
Onun dediyinə görə, o hal hazırda bu ilin yayında müəmmalı şəkildə dünyasını dəyişmiş əsgər İbayev İsmayılın ölüm səbəbini araşdırır: "İsmayıl İbayevi ekspertizada yoxlayanda onun orqanlarının yerində olmadığını gördük. Həmin əsgər orqanları satılmaq üçün öldürülüb və mən bu işin axırına çıxmayana qədər əl çəkməyəcəm".

Z. Məmmədova, aidiyyatı orqanların bu işdən onu uzaqlaşdırmaq üçün hər şeyi etdiyini də vurğulayıb.


"Son zamanlar artan əsgər ölümlərindən narahat olaraq, bunu bir daha gündəmə daşımaq və aidiyyatı qurumların bu işə marağını daha yaxından cəlb etmək üçün Milli Fikir Mərkəzi olaraq hərəkətə keçmişik." Milli Fikir Mərkəzindən bizə belə bildiriblər.


Qeyd edək ki, bu gün axşam saatlarına qədər Zümrüd Məmmədovanın çəkdiyi videolara da baxa billəcəksiniz.

 

"Həmin əsgər orqanları satılmaq üçün öldürülüb"

 

"Həmin əsgər orqanları satılmaq üçün öldürülüb"

 

"Həmin əsgər orqanları satılmaq üçün öldürülüb"

Şərhlər : 9 Şərh yaz
Muellim 17 dekabr 2012 12:28  
Zümrüd xanım, Allah sizdən razı olsun! Bu, çox ağrılı məsələdir: xalqın uşaqları ilə bunlar gör, necə rəftar edirlər!? Ona görə də oğlu əsgərliyə gedən valideyn uğaq qayıdana kimi stress yaşayır.
Sadiq 17 dekabr 2012 21:02  
narahat olmuyun bu məsələ bu insanları elə də narahat etmir,neçə nəfərə bu mövzunu dedim amma kimsə cavab vermədi qaldı ki nəsə etmək isdəsinlər,necəsə hamı belə fikirləşirki mənim oğlum qardaşım deyil
Kərim 11 yanvar 2013 18:26  
Belə allahsızlıq olmaz!!! Zabit əsgəri at kimi minərək sürəndə cəzasını alsaydı, bundan əvvəlki hallarda xalq, heç olmasa gənclər öz etirazlarını bildirsəydi, iş bu həddə gəlib çatmazdı. Sərt tədbir görülməli və bütün hərbi hissələrdə bu elan edilməlidir. Elan edilməlidir ki, əsgər heysiyyatı ilə oynayan bizim millətdən deyil. Onların nəsli kəsilməlidir. Bu millət hələ o qədər zəiflədilməyib! onun hələ canında təpər var!!! o ağlayan ananın göz yaşları sizə təsir etmirsə barı Allahdan qorxun!!! belə olmaz!!!
Samir Eliyev 11 yanvar 2013 19:38  
bu esgerin orqanlari satilib! Azerbaycanda insan ogurlugu ile bagli guclu teshkilatin fealiyyet gosterdiyine inamim daha da artdi!! gec tez haqq edalet ozunu gosterecek ! edalet ele bir varliqdir ki o uzun muddet gizli qala bilmez!
Samire 11 yanvar 2013 20:41  
bu ne demekdi ki,menim oqlum ve yaxud yaxinim deyil/bu hadise her kesin bashina gele biler,bashqalarinin derdini,aqrisini ozumuzunku kimi qebul etmeliyik,biz bele millet olmushuq hemishe,bunu edenler milletimizden ola bilmez,hech de her Azerbaycanda yashayan bizim millet deyil,delil ve subutlat toplanmalidir ve lazimi orqanlara chatdirilmalidi,lazim olsa insan huquqlari mehkemesine verilsin,buna inanmiram ki,orda laqeyd qalan olsun
Rocstar 11 yanvar 2013 22:42  
Esger orqanlari Israile satilir!
ferid 11 yanvar 2013 23:03  
Ay millet inqlab elemek lazimdir besdirin yatdis ///
Ruhengiz 11 yanvar 2013 23:42  
Ar olsun elə zabitlərimizə--cəlladlarımıza.Güclərini gör kimin üzərində sınayırlar.Mərdliyinizi erməni əsgərlərinin üzərində sınayardız da.Sizlərin də oğullarınızın başına elə iş gəlsəydi nə edərdiz????
elcin 5 may 2013 14:01  
hamini qoyasan bos bos danisa olum insani her yerde tapa biler kiminse orqanin satmaq lazimdisa bunu adi vetendasidia oldurub satmaq olar birde ki zabitler hekim deyiler ki orqan saatalar inan olen zaman xestexanaya ordanda morqa aparilir gor burda ne qeder adam istirak edir indi sizler deyir siz ki zabitler, hekimler, morqda isleyenler, prakrturanin iscileri hamisi oarqan satisi ile mesguldu ki esgerioldurubler.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti