ATƏT PA-nın yay və payız sessiyaları təxirə salınıb

28-04-2020, 17:31
Oxunub: 85
İclasda bir sıra təşkilatı məsələlər müzakirə olunub


Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilən onlayn Büro iclasında iştirak edib.

Report-un xəbərinə görə, iclasda bir sıra təşkilatı məsələlər müzakirə olunub. 

Onlayn toplantıda ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq əldə edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti