FIFA-nın İrana yardımına ABŞ əngəli

27-04-2020, 16:15
Oxunub: 94
Səbəb ABŞ-ın İranın bank sisteminə qarşı tətbiq etdiyi sanksiyalardır.


İran Futbol Federasiyası (FFIRI) FIFA-nın koronavirus pandemiyasına görə milli assosiasiyalara ayırdığı maliyyə yardımını ala bilmir.

Səbəb ABŞ-ın İranın bank sisteminə qarşı tətbiq etdiyi sanksiyalardır.

FFIRI-nın xəzinədarı Əli Süleymani bildirib ki, sanksiyalar qüvvədə olduğundan, ali futbol qurumu vəsaiti federasiyanın hesabına köçürmək üçün təhlükəsiz həll yolu tapa bilməyib.

Qeyd  edək ki, FIFA ötən həftə milli assosiyalara yardım məqsədilə 500 000 ABŞ dolları pul ayırıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti