Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

27-04-2020, 11:39
Oxunub: 84
Gümüş 0,1942 manat bahalaşaraq 1 unsiya üçün 26,0155 manata bərabər olub.


Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Trend-in məlumatına görə, aprelin 27-də qızılın qiyməti aprelin 24-ü ilə müqayisədə 4,582 manat azalaraq 1 unsiya üçün 2926,652 manat təşkil edib.

Gümüş 0,1942 manat bahalaşaraq 1 unsiya üçün 26,0155 manata bərabər olub.

Platinin qiyməti 8,126 manat artaraq 1311,712 manat, palladiumun qiyməti 76,644 manat artaraq 3513,475 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti