Mikayıl Cabbarov vətəndaşları qəbul etdi

25-06-2013, 11:02
Oxunub: 918


Təhsil naziri Mikayıl Cabbarov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edib. 

Etatist.com-un Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qeyd olunan rayonların təhsil şöbələri müdirlərinin, eyni zamanda nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlar, əsasən işə götürülmə, dərs saatlarının artırılması, məktəblərin təmiri, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış imta­hanları, dərsliklərin məzmunu, ali məktəblərdəki problemlər, təhsil haqqı, köçürmələr, yeni təhsil müəssisələrinin yaradılması və digər məsələlərlə əlaqədar müraciət etmişlər.

86 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti