Azərbaycan nefti ucuzlaşıb

25-04-2020, 14:42
Oxunub: 44
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 17,32 dollar/barel təşkil edib


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 18,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 16,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 17,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 16,01 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti