ÜST-dən tibbi maska və əlcəklə bağlı növbəti tövsiyə

24-04-2020, 16:21
Oxunub: 46
Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Cəvahir Süleymanova deyib.


“Qoruyucu maskaları yalnız xəstə insanlar taxmalıdır. Çünki bu tibbi maskalar öskürən və asqıran vaxtı ətrafdakı insanları qoruyur”.

Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, sağlam insanın maska taxması onu virusdan qorumur: “ÜST-nin tövsiyəsi o idi ki, özünü xəstə hiss edən insanlar taxmalıdır. İndi vəziyyətin dəyişdiyinin şahidi oluruq. Çünki bəzən virus simptomsuz özünü göstərir. Tibbi maska və əlcəklərin istifadəsindən sonra onun tullanmasına diqqət edilməlidir”.

ÜST rəsmisi bildirib ki, maskaların bir neçə növü var: “Cərrahlar üçün nəzərdə tutulan maska nəm olduğu təqdirdə 1-2 saatdan sonra dəyişilməlidir”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə vurğulayıb ki, adi vətəndaşların əlcək taxması çox təhlükəlidir: “Çünki əlcəklə əl vurduqları yerdə daha çox virus var. Həmin əlcəklə telefona əl vurulsa və çıxarılıb tullansa belə, virus telefonun üstündə qalmış olur. Əlcəkdən istifadə edənlərin 90-95 faizi yanlışlığa yol verir. Sabunla əlin yuyulması daha etibarlıdır”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti