Bir sıra qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib

24-04-2020, 13:58
Oxunub: 54
omitə sədri Ziyafət Əsgərov deputatların diqqətinə çatdırıb ki, gündəliyə ikinci oxunuşda iki qanun layihəsi daxil edilib.


Aprelin 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, komitə sədri Ziyafət Əsgərov deputatların diqqətinə çatdırıb ki, gündəliyə ikinci oxunuşda iki qanun layihəsi daxil edilib.

Komitə sədri bildirib ki, birinci məsələ - “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsidir. Bu qanun sülhün və bəşəriyyətin təhlükəsizliyinin qorunması, Azərbaycan Respublikasının milli təhükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması, tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti