Dünyada koronavirusdan sağalanların sayı 700 000-i ötdü

22-04-2020, 16:30
Oxunub: 84
Ən çox sağalma Almaniya (99 400), İspaniya (85 915) və ABŞ-da (82 973) qeydə alınıb


Dünyada koronavirusdan sağalanların sayı 701 070 nəfərə çatıb.

Ən çox sağalma Almaniya (99 400), İspaniya (85 915) və ABŞ-da (82 973) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 178 000-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 2 571 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti