Rusiyada koronavirusa yoluxanların sayı 47 mini ötdü

20-04-2020, 13:58
Oxunub: 89
Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.


Rusiyada son bir gündə 4 268 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da Rusiyada yoluxanların sayı 47 121 nəfərə, ölənlərin sayı 405-ə, sağalanların sayı isə 3 446 nəfərə çatıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2 026.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 409 000-i ötüb. Bunların 629 235 nəfəri sağalıb, 165 109 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti