MFM əsgər ölümlərini müzakirə edəcək

15-12-2012, 19:12
Oxunub: 2037


"Cəmiyyətdəki problemlərə biganə qalmayan MFM gəncləri son zamanlar artan əsgər ölümlərinə də göz yummaq fikrində deyil" bunu Etatist.com-a açıqlamasında Milli Fikir Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kamran Həsənli bildirdi.

K. Həsənlinin dediyinə görə, dekabrın 16-da Milli Fikir Mərkəzi əsgər ölümlərini masaya yatıracaq. Belə ki, 16 dekabr saat 14:00-da Far Centre-də gənclər, müstəqil jurnalist, araşdırmaçı Zümrüd Məmmədovanın məruzəçiliyilə "Atəşkəs dövründə əsgər ölümləri niyə olur?" mövzusunda seminar keçirəcək.

Seminar açıq olduğuna görə, hər kəs qatıla bilər.

Əlaqə: 055 601 13 66

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti