İspaniyada koronavirusa yoluxanların sayı 188 mini ötdü

17-04-2020, 13:50
Oxunub: 97
Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.


İspaniyada son bir gündə koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə daha 5 252 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə İspaniyada infeksiya daşıyıcılarının sayı 188 068-a yüksəlib.

Bundan başqa, krallıqda daha 585 nəfər pandemiyanın qurbanı olub və bununla da ölənlərin sayı 19 715-ə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 192 000-i ötüb. Bunların 554 214 nəfəri sağalıb, 147 360 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti