Azərbaycanda koronavirusa yoluxanların yaşı açıqlandı

15-04-2020, 19:12
Oxunub: 68
Bu statistikanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlayıb.


Azərbaycanda bu günə qədər (aprelin 14-nə olan rəqəmlər) təsdiq edilən yoluxma hallarının yaş qruplarına və cinsiyyətinə görə sayı məlum olub.

Bu statistikanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlayıb.

O bildirib ki, ölkədə yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır: "Yaş qruplarına gəlincə, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaş arası 56, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb". (reporT)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti