İspaniyada pandemiya qurbanlarının sayı 16 mini keçdi

11-04-2020, 14:05
Oxunub: 76
Bildirilib ki, bununla da pandemiya qurbanlarının sayı 16 353 nəfərə çatıb.


İspaniyada son sutkada daha 510 nəfər koronavirusdan ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, bununla da pandemiya qurbanlarının sayı 16 353 nəfərə çatıb. 

Məlumatda həmçinin infeksiya daşıyıcılarının sayının daha 3 579 nəfər artaraq 161 852 nəfərə çatdığı vurğulanıb. 

Bundan başqa, İspaniyada bu günədək 59 109 nəfər koronavirusdan sağalıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 709 000-i ötüb. Bunların 382 012 nəfəri sağalıb, 103 506 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti