Azərbaycan Marneuli və Bolnisiyə humanitar yardım edib

10-04-2020, 17:15
Oxunub: 56
Səfir Dursun Həsənov bildirib ki, yardım aksiyası Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilib.


Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımızın yığcam yaşadığı Marneuli və Bolnisi rayonlarına humanitar yardım edib.

Azərbaycanın Gürcüstandakı səfirliyi sözügedən rayonlarda aztəminatlı ailələr üçün 600 qutu ərzaq paylayıb. Ayrılan ərzaq Marneuli rayonunda yaradılmış blok-postda Kvemo Kartli qubernatoru Şota Rexviaşviliyə təqdim edilib.

Səfir Dursun Həsənov bildirib ki, yardım aksiyası Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilib.

“Biz Azərbaycan Prezidentinin təşəbbüsü ilə xeyriyyə tədbiri keçiririk. Aksiya dünən başlayıb. Bu gün Marneulidəyik. Aksiya Rustavi, Qardabani, Kaxeti, Tbilisi, Şida Kartli rayonlarında da keçiriləcək”, - deyə səfir bildirib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti