ÜST-ün baş direktoru Azərbaycana təşəkkür edib

10-04-2020, 16:14
Oxunub: 114
O qeyd edib ki, Türkiyənin Avropadakı qonşularına zəruri tibbi ləvazimatlar göndərərək dəstək verməsi də təqdirə layiqdir


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus Azərbaycana təşəkkür edib.

Bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə bildirib.

"COVID-19 Strateji Hazırlıq və Reaksiya Planımıza dəstək verən bütün üzv dövlətlərə və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. 800 milyon dollara qədər maliyyə dəstəyi verilib. Xüsusilə, beş milyon dollar dəyərində yardımla bu işə öz töhfəsini verən Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm", - deyə Zirvə görüşünə qatılan ÜST rəhbəri bildirib.

 
O qeyd edib ki, Türkiyənin Avropadakı qonşularına zəruri tibbi ləvazimatlar göndərərək dəstək verməsi də təqdirə layiqdir. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti