ABŞ-da koronavirusa yoluxanların sayı 450 min nəfəri ötdü

10-04-2020, 08:30
Oxunub: 65
ABŞ-da COVID-19 infeksiyasına ümumilikdə 451 491 nəfər yoluxub, 15 938 nəfər pandemiyanın qurbanı olub


ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı durmadan artır.

Bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ABŞ-da COVID-19 infeksiyasına ümumilikdə 451 491 nəfər yoluxub, 15 938 nəfər pandemiyanın qurbanı olub.

ABŞ hazırda koronavirusa yoluxma halların sayına görə dünyada birinci, ölüm hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti