Dünyada koronavirus qurbanlarının sayı 90 mini ötdü

9-04-2020, 19:30
Oxunub: 114
Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 539 000-i ötüb


Dünyada koronavirus qurbanlarının sayı 90 011 nəfərə çatıb.

Report xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya (17 669), İspaniya (15 238) və ABŞ-da (14 739) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 539 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti