İMF: Bu il 170-dən çox ölkənin milli gəliri azalacaq

9-04-2020, 18:25
Oxunub: 57
"Hazırkı böhran ən çox inkişaf etməkdə olan iqtisadiyyatları vuracaq"


“Koronavirus (COVID-19) bu il qlobal iqtisadi artımı kəskin şəkildə aşağı salacaq və 1930-cu illərdəki “Böyük Depressiya”dan sonra ən dərin resesiya yaşanacaq”.

Report xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Kristalina Georgieva deyib.

O bildirib ki, koronavirusun yayılması fonunda sosial və iqtisadi vəziyyət getdikcə pisləşir. Hazırda dünya hökumətləri epidemiyanın iqtisadi təsirlərini azaltmaq üçün 8 trilyon ABŞ dolları dəyərində təşviq paketini açıqlasalar da, daha çox maliyyələşməyə ehtiyac var.

“Hazırkı böhran ən çox inkişaf etməkdə olan iqtisadiyyatları vuracaq və onların yüz milyardlarla dollar həcmində xarici yardıma ehtiyacı olacaq.

Biz 3 həftə bundan əvvəl bu il üçün 160 üzv ölkənin milli gəlirində müsbət tendensiya proqnozlaşdırırdıq, hazırda isə 170-dən çox ölkənin milli gəlirində azalma gözləyirik”, – K.Georgieva qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti