ABŞ-da gün ərzində koronavirusdan ən yüksək ölüm sayı qeydə alındı

9-04-2020, 15:37
Oxunub: 69
Qeyd edilir ki, gün ərzində Birləşmiş Ştatlarda yeni virusdan 1 973 nəfər ölüb.


ABŞ-da artıq ikinci gündür koronavirusdan rekord sayda ölüm hadisəsi baş verir.

Bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, gün ərzində Birləşmiş Ştatlarda yeni virusdan 1 973 nəfər ölüb. 

Məlumata görə, ABŞ-da COVID-19 infeksiyasına ümumilikdə 430 376 nəfər yoluxub. Ölkədə 14 739 nəfər pandemiyanın qurbanı olub, xəstəxanalarda müalicə edilən 23 707 nəfər sağalaraq evə buraxılıblar. 

Qeyd edək ki, bundan əvvəlki antirekord aprelin 7-də qeydə alınıb. Həmin gün Birləşmiş Ştatlarda 1,7 mindən çox insan ölüb. Buna qədərki antikrekord isə aprelin 3-də qeydə alınıb. Aprelin 3-də ABŞ-da 1,4 min insan pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.  (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti