Basdırılsın, yoxsa yandırılsın? - Almaniyada koronavirusdan ölənlərlə bağlı qalmaqal

8-04-2020, 18:28
Oxunub: 91
Almaniyada cəsədlərin yandırılması və ya ənənəvi üsulla torpağa basdırılması yerli bələdiyyələrlə kilsələri üz-üzə qoyub.


Almaniyada koronavirus epidemiyası səbəbindən ölənlərin dəfni müzakirəyə səbəb olub. 

1700-dən çox insanın koronavirus səbəbindən öldüyü Almaniyada cəsədlərin yandırılması və ya ənənəvi üsulla torpağa basdırılması yerli bələdiyyələrlə kilsələri üz-üzə qoyub.

Ölkənin Şimali Reyn Vestfaliya əyalətində katolik kilsələrin daxil olduğu icmalar koronavirus səbəbindən vəfat edənlərin vəsiyyətləri əsasında, ənənəvi dini üsulla dəfn ediməsini tələb etsə də, yerli bələdiyyələr və əyalət səhiyyə idarəsi buna qarşı çıxıb.

Bələdiyyələr qəbir yerlərinin kirayələnməsi və dəfnin infeksion xəstəlikdən ölən biri üçün təşkil edilməsi xərclərinin ailələr tərəfindən qarşılanmadığına diqqət çəkib. Köln şəhər bələdiyyəsindən bildirilib ki, infeksion xəstəlikdən rəhmətə gedən şəxsin cəsədinin xüsusi dərmanlar və alətlərlə izolyasiya edilməsinin qiyməti 500 avrodan başlayır. Bunun üstünə kilsə mərasimi, tabut, cənazə avtomobili və qəbir yerinin 15 illik kirayələnməsi gəldikdə ortaya katastrofik bir rəqəm çıxır.

Eyni zamanda koronavirus pandemiyası səbəbindən cənazə mərasimlərinin qadağan olunduğu bu günlərdə həyatını itirən şəxsin dini qaydalara uyğun dəfni mümkünsüzdür. Buna görə də, hazırda ən optimal variant meyitin yandırılmasıdır.

Katolik kilsə icmaları isə, cənazə sahibinin razılığı olmadan yandırılma mərasimini qanuna zidd hesab edir. Artıq sözügedən əyalətdə kilsə icmaları bununla bağlı yerli federal məhkəmələrə müraciət edib.

Kilsələrin tələbələri cənazə mərasimlərimlərinin keçirilməsi və dəfnin vəsiyyət, cənazə sahibinin istəyinə uyğun olması, eyni zamanda hər bazar günü kilsələrdə olan tədbirlərinin əvvəlki qaydada, insanların iştirakı ilə təşkil edilməsi olub.

Artıq Essen və Köln əyalət məhkəmələri kilsələrin təbələrini rədd edərək, bələdiyyələrin xeyrinə qərar çıxarıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti