Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu

8-04-2020, 15:06
Oxunub: 75
Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il baş tutmayacaq.


Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu ilin iyununda keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib. 

Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il baş tutmayacaq. 

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparmalı idi. 

Kiçik dövlətlərin Avropa çempionatının iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. 

FIBA yarış üçün ən yaxşı variantı hazırlamaqdan ötrü toplanacaq və mayda Şuranın növbəti iclasında təqdim edəcək. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti