Koronavirusun yayıldığı Çinin Uhan şəhərində 76 günlük karantin ləğv edilib

8-04-2020, 12:33
Oxunub: 77
76 günlük karantindən sonra şəhərin sərhədləri yenidən açılıb.


Yeni növ koronavirus pandemiyasının yayıldığı Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində karantin ləğv edilib.

76 günlük karantindən sonra şəhərin sərhədləri yenidən açılıb.

Lakin şəhər daxilində bəzi məhdudiyyətlər hələ də qüvvədə qalacaq. Rəsmilər növbəti yoluxma təhlükəsinin hələ də qalmaqda olduğu barədə xəbərdarlıq edirlər.

 
Koronavirusun ilk dəfə dekabr ayında aşkarlandığı 11 milyon əhalisi olan şəhər yanvarın 23-dən etibarən karantinə alınıb, şəhər xarici dünyadan təcrid olunub. 

Bu gündən etibarən nəhayət, şəhərdə qatarların hərəkəti və təyyarə uçuşları bərpa olunub, magistral yollar yenidən açılıb. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti