“Təmiz əllər” kampaniyası davam edir

8-04-2020, 13:05
Oxunub: 64
Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən “Təmiz əllər” kampaniyası davam edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindənbildirilib ki, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvidən estafeti qəbul edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov kampaniyada iştirak edib və estafeti Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa ötürüb.

Sonra Kestutis Yankauskasdan estafeti qəbul edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev kampaniyada iştirak edib və estafeti USAID-in Azərbaycandakı missiya direktoru Caydev Sinqxə ötürüb.

Daha sonra Caydev Sinqxdən estafeti qəbul edən BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev kampaniyada iştirak edib və estafeti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambrosoya ötürüb.

Növbəti mərhələdə Quido Ambrosodan estafeti qəbul edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov kampaniyada iştirak edib və estafeti Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevə ötürüb. Vladimir Qyorqiyev kampaniyada iştirak edərək estafeti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlıya ötürüb.

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.

Videolarla aşakıdakı linklərə keçid etməklə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=WNNS3uZsnWU – Navid Naqvi

https://www.youtube.com/watch?v=1Ilu4-w3dOw – Orxan Məmmədov

 
https://www.youtube.com/watch?v=Md6LNN2ulYQ - Kəstutis Yankauskas

https://youtu.be/TrzLgv7C7b4 - Azay Quliyev

https://youtu.be/RW8WIR6YOrg - Caydev Sinqx

https://youtu.be/wkwZA4Xzxq4 - Fərid Babayev

https://youtu.be/8mDNTkV24LQ - Quido Ambroso

https://youtu.be/WrDtLuLziNI - Fuad Hüseynov

https://youtu.be/OHCcTS8LGq4 - Vladimir Qyorqiyev (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti