Çin Kubaya koronavirusla mübarizə üçün 200 min dollar ayırıb

8-04-2020, 12:56
Oxunub: 91
Qeyd edək ki, Kubada 396 koronavirusa yoluxma aşkarlanıb, 11 nəfər isə vəfat edib.


Çin rəhbərliyyi Kubaya koronavirusla mübarizə üçün 200 min dollar maliyyə yardımı ayırıb.

Maliyyə yardımından əlavə Çin Kubaya 10 min ədəd respirator maska, 2 min ədəd birdəfəlik qoruyucu kostyum, 500 ədəd infraqırmızı termometr, 2 min ədəd cərrahi əlcək və 2 min ədəd izolyasiya edən ayaqqabı göndərib.

Kuba prezidenti Migel Dias-Kanel öz "Twitter" səhifəsində Çin hökumətinə təşəkkür edib.

Qeyd edək ki, Kubada 396 koronavirusa yoluxma aşkarlanıb, 11 nəfər isə vəfat edib. (trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti