İctimai şuraya üzvlərin seçilməsi təxirə düşdü

8-04-2020, 11:46
Oxunub: 53
Qeyd olunub ki, birgə yığıncağın tarixi və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən edilməsi məqsədi ilə şuraya üzvlərin seçilməsi üçün aprelin 17-də keçirilməsi nəzərdə tutulan birgə yığıncağın vaxtı qeyri-müəyyən müddətə təxirə salınıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, buna səbəb Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən biri də kütləvi tədbirlərin təxirə salınmasıdır.

Qeyd olunub ki, birgə yığıncağın tarixi və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti