"Dərs vaxtı"nın aprelin 7-nə olan cədvəli müəyyənləşib

6-04-2020, 15:01
Oxunub: 203
nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.


"Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" verilişinin aprelin 7-si üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

"Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

 
Sabaha olan cədvəli təqdim edirik:

 


Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti