G20 ölkələri ABŞ-ı OPEC+ sazişinə cəlb etməyə çalışır

6-04-2020, 12:39
Oxunub: 106
Qeyd olunur ki, ciddi çətinliklər səbəbindən hələlik razılıq əldə etmək mümkün olmur


Neft sənayesi ilə məşğul olan diplomatlar Səudiyyə Ərəbistanı, Rusiya və digər neft istehsalçılarının qiymət böhranını dayandırmaq üçün neft qiymətlərinin aşağı salınması üzrə saziş əldə etmək niyyətində olduqlarını söyləyiblər.

Bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat verib.

Qeyd olunur ki, ciddi çətinliklər səbəbindən hələlik razılıq əldə etmək mümkün olmur. Bunların arasında OPEC+in görüşünün təxirə salınması, həmçinin Moskva və Ər-Riyadın Vaşinqtonun da sazişə qoşulmasını istəməsi var. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp sazişə qoşulmaq və neftin qiymətini aşağı salmaq niyyətində olmadıqlarını söyləyib.

Vəziyyətə yaxın iki mənbənin sözlərinə görə, diplomatlar ABŞ-ı neft sazişinə cəlb etmək üçün aprelin 10-da G20 ölkələrinin energetika nazirlərinin görüşünü çağırmaq istəyirlər. OPEC+ görüşü isə aprelin 9-da baş tutmalıdır.

Xatırladaq ki, bazardakı tərəddüdlər martın 6-da keçirilən OPEC+ görüşündə iştirak edənlərin ortaq qərara gələ bilməməsindən sonra başlayıb. Rusiya 2020-ci ilin ikinci rübündə neft hasilatının daha 1,5 milyon barel/sutka azaldılması təklifini dəstəkləməyib. Danışıqların uğursuz olmasından sonra neftin qiyməti 30% ucuzlaşıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti