İcazə alan vətəndaş Bakının istənilən ərazisindəki aptekə gedə bilər

3-04-2020, 13:49
Oxunub: 61
Bu barədə Ceyhun Salmanov məlumat verib


Vətəndaşlar icazə üçün müəyyən olunmuş müddət ərzində Bakı şəhərinin istənilən ərazisində hərəkət etməklə öz işlərini görə bilərlər.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.

“Burada söhbət ondan getmir ki, Yasamal rayonunda yaşayan vətəndaş mütləq həmin rayondakı aptekdən dərman almalıdır, digər yerlərdəki apteklərə də gedə bilərlər. Lakin müəyyən olunmuş müddətdə öz yaşadığı yerinə qayıtmalıdır”, - o vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti