UEFA-dan xəbərdarlıq: Bu klublar avrokuboklara buraxılmayacaq

3-04-2020, 15:35
Oxunub: 91
Bu barədə futbol agenti Marko Trabukki özünün "Twitter" hesabında paylaşım edib.


UEFA yerli çempionatlarla bağlı quruma üzv olan milli assosiasiyalara xəbərdarlıq edib.

Bu barədə futbol agenti Marko Trabukki özünün "Twitter" hesabında paylaşım edib.

İtaliyalı menecerin sözlərinə görə, qitə futbol qurumu çempionatı başa çatdırılmayan ölkələrin klublarını avrokuboklara buraxmayacağını açıqlayıb. O, UEFA-nın artıq bütün federasiyaları məlumatlandırdığını vurğulayıb.

Xatırladaq ki, hazırda Avropada Belurus çempionatından başqa bütün liqalar dayandırılıb. Belçika Futbol Federasiyası dünən cari mövsümün davam etdirilməyəcəyini və lider "Brügge"nin çempion elan olunduğunu açıqlayıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti