Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

31-03-2020, 14:50
Oxunub: 73
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.


Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 696,4 milyard manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

Kredit qoyuluşunun 12 735,1 milyon manatı və yaxud 81,1%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 20,7% çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 564 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 23,3% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16%-dən 16,3%-ə çatıb.

Fevralın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 397,2 milyon manat olub. Bu isə illik müqayisədə 15,6% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6%-dən 2,5%-ə düşüb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti