Neftin qiyməti artmağa başlayıb

31-03-2020, 15:55
Oxunub: 67
May ayında çatdırılmaqla WTI markalı neftin qiyməti 6,17% artaraq 21,33 ABŞ dolları təşkil edib


Neftin ən böyük istehlakçılarından olan Çindən gələn makroiqtisadi məlumatlar fonunda günün ortalarında dünya bazarında “qara qızılın”  qiymətlərinin artımı sürətlənib.

"Brent" markalı neftin iyun ayı üzrə fyuçers qiyməti 3,07% artaraq 27,23 ABŞ dolları, may fyuçersləri isə 2,59% artaraq 23,35 ABŞ dolları olub. May ayında çatdırılmaqla WTI markalı neftin qiyməti 6,17% artaraq 21,33 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Çinin sənaye sektorunda işgüzar aktivlik indeksi (PMI) əvvəlki aya nisbətən (fevraldakı 35,7 bənd rekord dərəcədə aşağı göstərici olub) martda 45 bənd kimi göstərilən proqnozu üstələyərək 52 bəndə çatıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti