"Təmiz Şəhər" dezinfeksiya işlərini intensivləşdirib

30-03-2020, 17:00
Oxunub: 84
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi də xüsusi nəqliyyat vasitələri ilə gündəlik təmizlənir və dezinfeksiya edilir.


“Təmiz Şəhər” ASC “Təmiz Qala” layihəsi çərçivəsində Qala qəsəbəsində tullantıların çeşidlənməsi və daşınmasını həyata keçirir.

ASC-dən bildirilib ki, koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə həyata keçirilən preventiv tədbir olaraq qəsəbədə yerləşdirilən 150-dən artıq tullantı meydançasında gündəlik dezinfeksiya işləri aparılır, tullantı qutuları xüsusi qurğular vasitəsilə yuyulur.

Bununla yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi də xüsusi nəqliyyat vasitələri ilə gündəlik təmizlənir və dezinfeksiya edilir. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti