Moskvada koronavirusa yoluxanların sayı 1226 nəfərə çatıb

30-03-2020, 14:36
Oxunub: 71
Son sutka ərzində isə Moskvada 212 nəfərin kornavirusa yoluxduğu bildirilib.


Rusiya paytxatında yeni növ koronavirusa yoluxanların sayı 1200-ü ötüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hazırda Moskvada COVİD-19 virusuna yoluxanlar 1226 nəfər təşkil edir.  

Son sutka ərzində isə Moskvada 212 nəfərin kornavirusa yoluxduğu bildirilib.  

Qeyd edək ki, martın 30-dan etibarən Moskva və Moskva vilayətində yaşından asılı olmayaraq hamı üçün ev təcridi rejimi tətbiq olunub.

Rusiya hökuməti bütün ölkə ərazisində hamı üçün evtəcridi rejiminin tətbiq etməsini planlaşdırır. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti