Avropa Komissiyası "Şərq Tərəfdaşlığı" ölkələrinə 140 milyon avro ayırıb

30-03-2020, 15:56
Oxunub: 84
Bu barədə Avropa Komissiyasının onlayn brifinqində bildirilib


Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrə - Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova, Ukrayna və Belarusa koronavirusla mübarizədə təcili ehtiyaclar üçün 140 milyon avro ayırır.

Bu barədə Avropa Komissiyasının onlayn brifinqində bildirilib.

Bundan əlavə, komissiyanın “Şərq Tərəfdaşlığı” ölkələrinin koronavirus səbəbindən yaranmış sosial-iqtisadi böhrandan çıxması üçün əlavə 700 milyon avro ayıracağı bildirilib.

Avropa Komissiyasının Qərbi Balkan ölkələrinə də kömək edəcəyi, ehtiyaclar üçün 38 milyon, böhrandan çıxmaq üçün isə 374 milyon avro ayıracağı bildirilib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti