Milli Məclisin iclası başladı

30-03-2020, 11:02
Oxunub: 82
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələ daxil edilib.


Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bunlar “Tibbi sığorta haqqında”, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Milli Məclis deputatının statusu haqqında”, “Milli Məclisin komitələri haqqında”, İnzibati Xətalar Məcəlləsi, Milli Məclisin Daxili Nizamnaməsi və s. qanunlara dəyişiklik layihələridir.

Bundan əlavə, iclasda “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi də müzakirə ediləcək. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti