Neftin qiymətində növbəti antirekord

30-03-2020, 09:11
Oxunub: 79
WTI markalı neftin də bir barelinin qiyməti 6,12 % düşərək 20,27 ABŞ dollarına qədər ucuzlaşıb


“WTI” markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 ABŞ dollarından aşağı düşüb.

Bakı vaxtı ilə saat 02:40-a Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1 barelə görə 8.52% azalaraq 19,98 ABŞ dollarına qədər ucuzlaşıb.

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 4,65% azalaraq 26,6 ABŞ dollarına qədər ucuzlaşıb.

Qeyd edək ki, OPEC + ölkələri martın əvvəlində koronavirus pandemiyası fonunda neft hasilatını azaltmaq və ya müqavilənin parametrlərini dəyişdirmək ya da müddətini uzatmaq barədə razılığa gələ bilməyiblər.

***

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 23,11 ABŞ dollarına qədər ucuzlaşıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 02:11-ə “Brent” markalı neftin 2020-ci ilin iyun fyuçerslərinin qiyməti 7,92 % düşüb.

Eyni zamanda WTI markalı neftin də bir barelinin qiyməti 6,12 % düşərək 20,27 ABŞ dollarına qədər ucuzlaşıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti