Fransada koronavirusdan ölənlərin sayı 2 600 nəfəri ötdü

30-03-2020, 08:20
Oxunub: 70
bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.


Fransada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır.

bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib. 

O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 2 606 nəfərə çatıb:

“Son 24 saatda ölkədə 262 nəfər dünyasını dəyişib. Bütövlükdə yeddi mindən çox şəxs müalicə olunaraq sağalıb. Fransada COVID-19-a yoluxma hallarının ümumi sayı demək olar ki, 40 200 nəfərdir. Hazırda ölkədə 19 mindən çox virus daşıyıcısı xəstəxanadadır.

Bunlardan təqribən 4 600 nəfəri reanimasiyadadır. Onların üçdə biri 60 yaşdan aşağıdır. Fransadakı xəstəxanalara müraciət edənlərin sayı dünəndən 10% artıb” - deyə, baş direktor bildirib.

Qeyd edək ki, Fransada COVID-19 pandemiyası ilə bağlı karantin müddəti aprelin 15-dək uzadılıb. (REPORT)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti