Koronavirus əmək böhranına səbəb ola bilər

30-03-2020, 10:39
Oxunub: 196
"İLO"un hesabatında pandemiyanın əmək bazarına təsirini azaltmaq və ya aradan qaldırmaq üçün görüləcək əsas tədbirləri də açıqlayıb


Koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi və sosial risk qlobal işsizliyi, təxminən, 25 milyon nəfər artıra və əmək böhranına səbəb ola bilər.

Bu barədə Beynəlxalq Əmək Təşkilatının (İLO) "COVID-19 və İş Həyatı: Təsir və Cavablar" adlı ilkin qiymətləndirmə hesabatında bildirilib.

“İLO”un hesabatında pandemiyanın əmək bazarına təsirini azaltmaq və ya aradan qaldırmaq üçün görüləcək əsas tədbirləri də açıqlayıb:

- Sosial müdafiənin genişləndirilməsi;

- Qısa iş vaxtı, ödənişli məzuniyyət və digər təşviqlərlə məşğulluğun qorunmasına dəstək verilməli;

- Biznesin həcmindən asılı olmayaraq bütün müəssisələrə, yəni mikro, kiçik, orta və iri müəssisələrə maliyyə və vergi dəstəyi vermək;

- Maliyyə və pul siyasəti tədbirlərinin alınması;

- İqtisadiyyatın xüsusi sektorları üçün kredit və maliyyə dəstəyi təmin etmək;

Hesabatda bildirilib ki, məşğulluğun azalması bu ilin sonuna qədər qlobal miqyasda işçilərin gəlirlərinin təxminən 860 milyard- 3,4 trilyon ABŞ dolları civarında azalmasına səbəb olacaq. (REPORT)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti