İranda bir aylıq körpədə koronavirus aşkarlandı

29-03-2020, 14:00
Oxunub: 74
O, həmçinin körpənin durumunun yaxşıya doğru getdiyini də vurğulayıb.


İranın Rəzəvi Xorasan əyalətində yeni doğulmuş körpədə COVID-19 aşkarlanıb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin Tibb Elmləri Universitetinin rektoru Cavad Bazəli bildirib. 

“Nəfəs çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən 35 günlük körpədə koronavirus analizinin nəticələri pozitiv çıxıb”, - C.Bazəli bildirib.

O, həmçinin körpənin durumunun yaxşıya doğru getdiyini də vurğulayıb.

Qeyd edək ki, İranda ilk dəfə fevralın 19-da qeydə alınan koronavirus ölkədə 35 408 nəfərdə aşkarlanıb. İranda virus qurbanlarının sayı isə 2 500-ü ötüb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti