“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur

29-03-2020, 17:30
Oxunub: 75
bundan sonra mesajlaşma tətbiqinə 15 saniyədən uzun olan video yükləmək mümkün olmayacaq.


Dünyada 2 milyarddan çox istifadəçisi olan populyar mesajlaşma tətbiqi “WhatsApp” internet istifadəsinin artması səbəbi ilə serverlərdə yaşanan sıxlığı azaltmaq üçün videoların yerləşdirilməsinə məhdudiyyət qoyacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra mesajlaşma tətbiqinə 15 saniyədən uzun olan video yükləmək mümkün olmayacaq.

Qeyd edək ki, hazırda Hindistanda tətbiq olunan məhdudiyyət tezliklə “WhatsApp”ın fəaliyyət göstərdiyi bütün ölkələrdə tətbiq edilməsi gözlənilir.

Xatırladaq ki, daha öncə “WhatsApp”a yüklənən videonun müddəti 30 saniyə idi
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti