İspaniyada koronavirusdan ölənlərin sayında rekord artım qeydə alındı

28-03-2020, 17:23
Oxunub: 77
Ölkədə virusdan ölənlərin sayı 5 690 nəfərə çatıb.


İspaniyada son 1 gündə daha 832 nəfər koronavirusun qurbanı olub.

Ölkədə virusdan ölənlərin sayı 5 690 nəfərə çatıb.

Məlumata görə, krallıqda son 24 saatda virus daşıyıcılarının sayı daha 8 189 nəfər artaraq 72 248 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 614 158-ə çatıb. Bunların 137 271 nəfəri sağalıb, 28 239 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti