Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb

28-03-2020, 14:40
Oxunub: 72
Faktla bağlı akt tərtib olunub.


Quba-Qusar avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev  bildirib ki, araşdırma zamanı Quba rayonunun Xucbala kəndi ərazisində Qusar rayon sakini Səidə Əsgərovaya məxsus torpaq sahəsində müxtəlif cinsli ağacların kəsildiyi və təbiətə 18 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.
 
"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər hüquq mühafizə orqanlarına göndəriləcək." (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti