D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

28-03-2020, 14:13
Oxunub: 69
Bu barədə "BP-Azerbaijan" şirkətindən bildirilib.


Ötən il dekabrın 3-də D230 blokunda başlanmış 3 ölçülü seysmik tədqiqat proqramı tam təhlükəsiz şəkildə həyata keçirilib və martın 14-də başa çatıb.

Bu barədə "BP-Azerbaijan" şirkətindən bildirilib.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə və seysmik əməliyyatları həyata keçirən podratçı şirkətimiz “Caspian Geophysical”la əla əməkdaşlığımızın nəticəsi olaraq 3-ölçülü seysmik tədqiqat layihəsi uğurla və qrafikə uyğun tamamlanmışdır. Növbəti addım əldə edilmiş məlumatların emal edilməsidir.

Bu seysmik tədqiqatın nəticələrindən asılı olaraq biz D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci il ərzində başlamaq niyyətindəyik", - deyə şirkət qeyd edib. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti