Təşkilat Komitəsinin sədri Tokio-2020 üçün mümkün tarixi açıqlayıb

28-03-2020, 11:21
Oxunub: 65
Komitə Olimpiada üçün ən yaxşı zaman kəsiyini də müəyyənləşdirib.


Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi təxirə salınan yarışın yeni tarixi ilə bağlı müzakirələri davam etdirir.

Komitə Olimpiada üçün ən yaxşı zaman kəsiyini də müəyyənləşdirib.

Bunu Təşkilat Komitəsinin sədri Yosiro Mori açıqlayıb. O bildirib ki, Oyunların yayda keçirilməsi daha yaxşı olar: “Olimpiadanın keçirilmə tarixi üçün iyundan sentyabra qədər olan müddət barədə düşünməyin daha yaxşı olduğunu hesab edirəm. Ümid edirəm ki, gələn həftə bununla bağlı qərar qəbul edə biləcəyik”.

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti