"Dərs vaxtı"nın 27 mart cədvəli açıqlanıb

26-03-2020, 14:00
Oxunub: 83
“Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.


Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdənverilən məlumata görə, sabah Azərbaycan dili bölməsi üçün 10:00-da Fiziki tərbiyə; 10:15-da XI sinif Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Biologiya; 11:05-də V sinif Azərbaycan dili, Riyaziyyat, Azərbaycan tarixi; 11:40-da I sinif Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 12:05-də II sinif Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 12:30-da III sinif Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 12:55-də IV siniflər üçün Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri olacaq.

 
Rus dili bölməsi üçün 14:00-da II sinif Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:15-də VIII sinif Rus dili, Riyaziyyat, Kimya; 15:00-da IX sinif Fizika, Biologiya, Coğrafiya dərsləri keçiləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti