Evdə qal, təbiəti seyr et

25-03-2020, 16:36
Oxunub: 92
"Evdə qal, təbiəti seyr et" rubrikasında təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən facebook səhifəsində "Evdə qal, təbiəti seyr et" (#evdəqaltəbiətiseyret ) adlı rubrika başladır. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, rubrikada Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini, eləcə də milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar, nümayiş etdiriləcək.

"Evdə qal, təbiəti seyr et" rubrikasında həm də təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək, ekoloji animasiyalar nümayiş etdiriləcək.

Bölümdə ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq."

Nazirliyin sözçüsü izləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsinin təşkil ediləcəyini bildirib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti