Təzə tikilən binalarda kameralar quraşdırılacaq

15-12-2012, 15:43
Oxunub: 727


Azərbaycanda tikilməkdə olan obyektlərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən kameralar qurulacaq.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən məlumat verilib. Hazırda Agentlikdə bununla bağlı müvafiq proqram təminatı və layihələr hazırlanır.

Gələn ildən start veriləcək proses çərçivəsində lisenziyalı tikilən obyektlərdə kameralar quraşdırılacaq. Bununla da tikinti prosesi və orada baş verənlərə Agentlik tərəfindən nəzarət etmək mümkün olacaq və bütün proseslər qeydə alınacaq.

 

APA

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti